“Real Madrid” liderliyə yüksəldi

19.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasında XX turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Real Madrid” doğma meydanda “Las Palmas”la qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid klubunun qollarını Kilian Mbappe (2 qol), Brahim Diaz və Rodriqo vurublar. Qonaqların qoluna isə Fabio Silva imza atıb.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Las Palmas” isə 22 xalla 14-cü pillədə qərarlaşıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью