Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid" "Lill" klubunun 19 yaşlı futbolçu Tiaqo Pitarç ilə bağlı təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Məlumatlara görə, "kral klubu" gənc futbolçuya inanır və onu buraxmaq niyyətində deyil.
Gənc futbolçu ötən mövsüm əsas heyətə cəlb edilib və İspaniya nəhənginin birinci komandasında 16 oyuna çıxaraq iki məhsuldar ötürmə ilə yadda qalıb. Pitarç 18 yaş 247 günlük ikən "Bavariya"ya qarşı keçirilən Çempionlar Liqasının dörddəbir final matçında meydana çıxaraq klub tarixində bu mərhələdə oynayan ən gənc futbolçu olub.
O, bu yay İspaniyanın U-19 yığmasının Avropa Çempionatındakı uğurlu çıxışında mühüm rol oynayıb, komandanın keçirdiyi beş oyunda iştirak edib və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli