“Real Madrid” Lukas Vaskeslə müqaviləni uzatmaq fikrində deyil

11.03.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

“Real Madrid” klubunun rəhbərliyi Lukas Vaskeslə müqaviləni uzatmaq fikrində deyil.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl tərəflər arasında müqavilənin uzadılması ilə bağlı şifahi razılıq əldə olunsa da, son anda “kral klubu”nun prezidenti Florentino Peres bundan imtina edib.

33 yaşlı ispaniyalının sözləşməsi 2025-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Madrid təmsilçisinin yetirməsi olan L.Vaskes komandanın heyətində 380-dən çox oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью