Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İspaniya La Liqasının 3-cü turunda “Real Madrid” doğma meydanda “Malaqa” ilə qarşılaşıb.
Redaktor.az xəbər verir ki, Santiyaqo Bernabeu stadionunda keçirilən qarşılaşma Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Real Madrid” ilk hissədə rəqibinin qapısına üç dəfə yol tapıb.
Hesabı 19-cu dəqiqədə Cud Bellinqem açıb. 26-cı dəqiqədə “Malaqa”nın qapıçısı Alfonso Herrero topu öz qapısına göndərərək hesabın 2:0 olmasına səbəb olub. 30-cu dəqiqədə isə Kilİan Mbappe Trent Aleksander-Arnoldun ötürməsindən sonra fərqlənərək madridlilərin üstünlüyünü üç topa çatdırıb.
İkinci hissədə “Real Madrid” üstünlüyünü qoruyub. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Arda Gülər Vinisius Juniorun ötürməsindən sonra hesabı 4:0 edib.
Beləliklə, “Real Madrid” mövsümə üç oyunda üç qələbə ilə başlayıb və 9 xal toplayıb. Komanda həmçinin bu qarşılaşmalarda qol buraxmayıb.
Turan ASLAN