Real Madrid Mançester Yunayted in 15 yaşlı vunderkindini transfer edir FOTO

17.09.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in 15 yaşlı futbolçusu Cey Cey Qabriel klubdan ayrılmaq istədiyini bildirib.

Oxu.Az xəbər verir ki, ingiltərəli istedadla İspaniyanın "Real Madrid" klubunun da maraqlandığı iddia olunur.

Məlumata görə, Qabrielin ailəsinin İspaniyaya köçmək planı mümkün transferi gündəmə gətirib. Lakin FIFA-nın yetkinlik yaşına çatmayan futbolçuların beynəlxalq transferləri ilə bağlı qaydaları keçidin baş tutmasını çətinləşdirə bilər.

Qeyd olunur ki, transfer reallaşacağı təqdirdə "Mançester Yunayted" təxminən 300 min funt sterlinq təlim haqqı əldə edə bilər. Qabrielin ötən mövsüm 28 qol vurduğu və bir sıra böyük klubların diqqətində olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью