“Real Madrid” Martin Subimendiyə maraq göstərir

14.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real Madrid” futbol klubu “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendiyə marağını yenidən artırıb.

İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu 27 yaşlı futbolçunun transferi üçün yanvar ayında təklif göndərə bilər.

Subimendi 2025-ci ildə təxminən 56 milyon funt-sterlinq qarşılığında “Real Sosyedad”dan “Arsenal”a keçib. Lakin futbolçunun cari mövsümdə məhdud oyun vaxtı alması onun komandadakı gələcəyi ilə bağlı suallar yaradıb.

Məlumata görə, yanvar transfer pəncərəsinə qədər vəziyyəti dəyişməsə, “Arsenal” Subimendinin satışını nəzərdən keçirə bilər.

“Real Madrid” onun “Arsenal”a keçidindən əvvəl də futbolçu ilə maraqlanıb. Madrid klubu heyətinə ixtisaslaşmış dayaq yarımmüdafiəçisi əlavə etmək istəyir.

Subimendinin “Arsenal”la müqaviləsi qüvvədə olduğundan, yanvarda mümkün transfer yalnız klubların razılığından sonra reallaşa bilər.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью