Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in bu yay heyətinə cəlb etmək istədiyi futbolçulardan birinin kimliyi dəqiqləşib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bu, PSJ-nin və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruisdir.
Madrid təmsilçisinin rəhbərliyi 29 yaşlı orta xətt oyunçusunun komandanın gücünə güc qatacağına və böyük uğurlar qazanmasına yardımçı olacağına əmindir.
2022-ci ildən PSJ-də top qovan Ruis cari mövsüm 24 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat