Real Madrid Mourinyonu rəsmən açıqladı

12.06.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real Madrid” yeni baş məşqçisini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, İspaniya nəhəngi Joze Mourinyo ilə razılığa gəlib.

Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo “Real Madrid”i 2029-cu il iyunun 30-na qədər çalışdıracaq.

Təcrübəli baş məşqçi iyulun 13-də Madrid klubuna qoşulacaq.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də “Real Madrid”in baş məşqçisi olub. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisi ilə La Liqa, İspaniya kuboku və ölkə Superkubokunu qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью