“Real Madrid” mövsümün sonunda müdafiəçisi ilə vidalaşacaq

18.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 aprel, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasında mövsümün sonunda ayrılıq yaşanacaq.

AZƏRTAC xəbər verir ki, “kral klubu” futbolçusu Lukas Vaskeslə vidalaşacaq. 33 yaşlı müdafiəçi paytaxt təmsilçisinin gələcək planlarına daxil deyil. Bununla bağlı yekun qərar komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə “Arsenal”ına uduzaraq, mübarizəni dayandırmasından sonra verilib.

“Real Madrid”in yetirməsi olan L.Vaskes 2015-ci ildən əsas komandada oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью