Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 24 aprel, AZƏRTAC
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Xesus Valyexo "Rayo Valyekano"ya keçməyə yaxındır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi “kral klubu”nun gələcək planlarına daxil deyil. Bu səbəbdən Madridin digər təmsilçisi “Rayo Valyekano” oyunçunu transfer etmək istəyir.
X. Valyexo 2015-ci ildə “Real Madrid”ə qoşulub. O, daha çox müxtəlif klublarda icarə əsasında çıxış edib.
Qeyd edək ki,Xesus Valyexo bu mövsüm Madrid təmsilçisinin heyətində 1 oyunda meydana çıxıb.