Real Madrid niderlandlı müdafiəçi üçün təklif hazırlayıb

22.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın "Real Madrid" klubu "Liverpul"un niderlandlı müdafiəçisi Vircil Van Deyk üçün təklif hazırlayıb.

Oxu.Az "Euro-football"a istinadən xəbər verir ki, "Kral" klubu udluz futbolçunun keçidini yaya saxlamaq istəmir.

David Alaba və Eder Militao uzun müddətdir ki, zədədən əziyyət çəkirlər. "Real Madrid" rəsmiləri isə futbolçuların boşluğunu Van Deyklə doldurmaq istəyirlər.

Qeyd edək ki, 33 yaşlı niderlandlı müdafiəçi Vircil Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. Onun "Transfermarkt" portalındakı dəyəri 28 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью