“Real Madrid” Olise transferi üçün yenidən hərəkətə keçə bilər

12.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid” “Bavariya”nın futbolçusu Maykl Oliseyə marağını qoruyur.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsini uzadıb-uzatmayacağını gözləyir. Olise yeni anlaşmadan imtina edərsə, “Real Madrid” onun transferi üçün hərəkətə keçməyə hazırdır.

Harri Keynlə müqaviləni yeniləyən “Bavariya” rəhbərliyi Oliseni də komandada saxlamaq istəyir. Almaniya klubu fransalı futbolçuya maaşında ciddi artım nəzərdə tutan yeni müqavilə təklif etmək üçün yaxın günlərdə danışıqları intensivləşdirməyi planlaşdırır.

Olisenin “Real Madrid”in marağına müsbət yanaşdığı bildirilir. Madrid klubunda çıxış edən həmyerliləri Kilian Mbappe, Eduardo Kamavinqa, Orelyen Tçuameni və İbrahima Konatenin milli komandaların hazırkı toplanışı zamanı onu bu keçidə razı salmağa çalışa biləcəkləri qeyd olunur.

Fransalı hücumçu cari mövsümdə “Bavariya”nın heyətində 15 oyunda 12 qol vurub, yeddi məhsuldar ötürmə verib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью