Real Madrid onun istefasını istəyir

23.09.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Real Madrid” La Liqa prezidenti Xavyer Tebasın vəzifəsindən ayrılmasını tələb edib.

Fanat.Az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

Madrid təmsilçisi Tebasın tutduğu vəzifədən istifadə edərək dəfələrlə “Real Madrid”i ictimai şəkildə tənqid etdiyini və klubun nüfuzuna xələl gətirdiyini bildirib. 

“Real Madrid” hesab edir ki, İspaniya peşəkar futbolunun idarə olunması üçün neytrallıq prinsipinə riayət edən yeni rəhbərə ehtiyac var. Klub Tebasın son açıqlamalarını da qəbuledilməz və məsuliyyətli idarəçiyə yaraşmayan davranış kimi qiymətləndirib. 

Məsələ Madrid derbisindən sonra yaranan hakimlik mübahisəsindən qaynaqlanıb. “Real Madrid” “Atletiko”ya 1:2 hesabı ilə məğlub olduğu görüşdə hakim qərarlarından narazılığını bildirib. Tebas isə klubun hakimliklə bağlı iddialarını tənqid edərək, hakimlərin “Real Madrid”ə qarşı yönəldiyini düşünməyin absurd olduğunu deyib.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью