Real Madrid öz meydanında şok yaşadı 2 qol, 2 qırmızı vərəqə

08.12.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İspaniya La Liqasının 16-cı turunda "Real Madrid" evdə "Selta Viqo" ilə qarşılaşıb. 

Redaktor.az xəbər verir ki, matç paytaxt təmsilçilərinin ağır məğlubiyyəti ilə başa çatıb. 

"Selta"nın hücumçusu Villiot Sverdberqin (53, 90+3) vurduğu 2 qol rəqibi məyus edib. "Real" isə rəqibin qapısına nəinki yol tapa bilib, əksinə komandanın iki oyunçusu - Fran Qarsia (64) və Alvaro Karreras (90+2) kobud qayda pozuntusuna görə meydandan qovulub. 

Beləliklə, "kral klubu" 2:0 hesablı ağır məğlubiyyətlə lider "Barselona"dan 4 xal geri düşüb. 

"Selta" isə aktivinə 3 xal yazdırmaqla 19 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. 

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью