Real Madrid prezidenti səssizliyini pozdu: Arda Gülər ​​transfer olunacaqmı?

19.11.2024

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya nəhəngi Real Madriddə istədiyi oyun vaxtını tapa bilməyən və müzakirələrin mərkəzində olan Arda Gülər üçün Florentino Peres susqunluğunu pozub.

News24.az NTV-yə istinadən xəbər verir ki, Real Madrid prezidenti Florentino Peres Arda Gülərin klubda qalacağını açıqlayıb.

Peres, "Aralıq transfer dövründə Real Madriddə qalacaq. Buna heç bir şübhə yoxdur" deyib.

Arda Gülərin tapdığı oyun vaxtı ilə bağlı baş məşqçi Karlo Ançelotti ilə görüşdüyü də iddia edilib. İtaliyalı çalışdırıcı milli ulduza tam güvəndiyini desə də, futbolçusuna müdafiədə işləməyi tövsiyə etdiyi iddia edilib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью