“Real Madrid” Qitələrarası kubokun qalibi oldu Yeni Çağ Media

18.12.2024

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.

Yenicag.az xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gəlib. Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib./Azertag/

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью