Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid” rəhbərliyi italiyalı məşqçi Karlo Ançelotti ilə şəxsi görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Migel Anxel Dias məlumat yayıb.
Bildirilib ki, italiyalı mütəxəssislə görüşü “Real Madrid”in prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançes keçirib.
Söhbət zamanı tərəflər “kral klubu”nun son matçlardakı uğursuz oyununu və bu mövsüm başa çatdıqdan sonra “qaymaqlılar”ın düşərgəsini tərk edə biləcək Ançelottinin gələcəyini müzakirə ediblər.