Real Madrid rekord qazancla futbol tarixində ilkə imza atdı

23.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

"Deloitte" audit şirkəti 2023/24 mövsümünün sonunda ən çox gəlir əldə edən futbol klublarının reytinqini təqdim edib.

Teleqraf.com xəbər verir ki, siyahıya 1 milyard 45 min avro qazancla İspaniyanın "Real Madrid" klubu başçılıq edir. Paytaxt təmsilçisi tarixdə bir mövsümə 1 milyard avrodan çox gəlir əldə edən ilk futbol klubu olub.

"Real Madrid" 2022/2023 mövsümündə 831 milyon avro qazanc əldə etmişdi.

Qeyd edək ki, 2023/2024 mövsümünün sonunda reytinqə daxil olan 20 klubun ümumi gəliri rekord məbləğ - 11,2 milyard avro təşkil edib. Bu da ötən mövsümlə müqayisədə 6% çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью