Real Madrid Rüdigerlə bağlı qərarını qətiləşdirdi SON DURUM

20.04.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rudigerlə müqavilənin müddətini uzadıb-uzatmayacağına aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb. 

Mənbənin məlumatına görə, İspaniya nəhəngi 33 yaşlı oyunçu ilə anlaşmağa hazırlaşır. "Kral klubu" Rüdigerin oyun keyfiyyətləri və fiziki hazırlığından razıdır. Buna görə də madridlilər təcrübəli alman oyunçuya rəsmi təklif göndəriblər.

Əvvəlcə oyunçu iki illik anlaşmada israr etsə də, onun bir illik müqaviləyə razılaşacağı gözlənilir. 

Cari mövsüm Rüdiger Madrid komandasının heyətində bütün yarışlarda 21 oyunda iştirak edib və 1 qol vurub. Mərkəz müdafiəçisinin hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью