Real Madrid Sebalyos ilə bağlı qərarını verdi SON DURUM

24.07.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid" yarımmüdafiəçisi Dani Sebalyosla bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Larguero" yayıb.

Mənbənin məlumatına görə, "kral klubu" futbolçusu ilə ayrılmağı planlaşdırmır. "Betis" 28 yaşlı ispaniyalıya əsas namizəd hesab edilsə də, transferin baş tutmayacağı görünür. Madrid nəhənginin rəhbərliyi və baş məşqçi Xabi Alonso Sebalyosa onu komandada saxlamaq istədiklərini açıqlayıb. Gözlənilməz bir şey baş verməsə, yarımmüdafiəçi ən azı daha bir mövsüm "Real"da oynayacaq. 

Dani Sebalyosun "Real Madrid"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" oyunçunun qiymətini 10 milyon avro dəyərləndirir.

Mirağa
 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью