Real Madrid səfərdə Leqanesi darmadağın etdi

25.11.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İspaniya La Liqasının 2024/2025 mövsümünün 14-cü turunun “Leqanes” və “Real Madrid” komandalarının qarşılaşdığı matç başa çatıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, oyun Leqanesdəki “Munisipal de Butarke” stadionunda baş tutub. “Real Madrid” “Leqanes”i 3:0 hesabı ilə məğlub edib.

43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb. Yarımmüdafiəçi Federiko Valverde 66-cı dəqiqədə fərqi artırıb. Oyunda yekun nəticə 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem tərəfindən müəyyən edilib – 3:0.

13 matçdan sonra “Real Madrid” 30 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya “Barselona”sı başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью