“Real Madrid” səfərdən bir xalla dönür VİDEO

01.12.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya La Liqasının XIV turunun son oyununda “Jirona” “Real Madrid”i qəbul edib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı qonaqlar açıb. 40-cı dəqiqədə Mbappe fərqlənib. Lakin VAR yoxlanışından sonra onun əllə oynadığı məlum olub və qol ləğv edilib.

Bundan beş dəqiqə sonra Onuahi “Jirona”nı hesabda irəli çıxarıb – 1:0.

Oyunun 61-ci dəqiqəsində “Real” Vinisiusun qolu ilə hesabı bərabərləşdirsə də, ofsayd qeydə alınıb.

Madrid təmsilçisi bərabərliyi 67-ci dəqiqədə Mbappenin penaltidən vurduğu qolla təmin edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью