Real Madrid üçün şok xal itkisi VİDEO

15.02.2025

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

La Liqada 24-cü turun oyunları keçirilib.

"Real Madrid" səfərdə "Osasuna" ilə bərabərə qalıb-1:1. Matçda hesabı 15-ci dəqiqədə Mbappe açıb. Görüşün 39-cu dəqiqəsindən isə, Cud Belingem komandasını azlıqda qoyub. 58-ci dəqiqədə Ante Budimir penaltidən fərqlənərək, oyunda son qolu vurub. Bununla da, İspaniya nəhəngi bu oyunda xal itirərək çempionluq yolunda ağır zərbə alıb.

Oyunda vurulan qolları təqdim edirik:

 

Offsideplus.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью