Real Madrid ukraynalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

03.12.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real Madrid" klubu Ukrayna millisinin və "Bornmut"un müdafiəçisi İlya Zabarnının transferinə maraqlıdır.

Oxu.Az "euro-footbal"a istinadən xəbər verir ki, "Real Madrid" klubu İlya üçün 60 milyon avro ödəməyi qəbul edib.

"Bornmut" rəsmiləri aparıcı müdafiəçi üçün 60 milyon avro təklif ediləcəyi təqdirdə, onunla yolları ayırmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, İlya Zabarnı bu mövsüm 13 oyun keçirib. "Transfermarkt" ekspertləri onun dəyərini 32 milyon avro olaraq qiymətləndirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью