Real Madrid ulduz futbolçusuna qapını açır

11.11.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”də diqqətçəkən qərar gündəmdədir.

Fanat.Az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, Madrid klubu braziliyalı ulduz Vinisius Junior üçün 150 milyon avro dəyərində təklif gələcəyi təqdirdə onun transferinə razılıq verəcək.

Məlumata görə, komandanın baş məşqçisi Xabi Alonso ilə Vinisius arasında münasibətlər son aylarda gərginləşib. Alonso futbolçunun nizam-intizam məsələlərində və taktiki tapşırıqlara yanaşmasında problemlər gördüyü üçün rəhbərliyə onun satılması barədə rəy bildirib.

"Real Madrid" rəhbərliyi isə ulduz futbolçunun potensial bazar dəyərini nəzərə alaraq, 150 milyon avrodan aşağı təklifləri nəzərdən keçirmək niyyətində deyil.

Vinisius cari mövsümdə “Real Madrid” forması ilə La Liqada 16 oyuna çıxıb, 5 qol və 4 asistlə yadda qalıb. Buna baxmayaraq, braziliyalı ulduzun gələcəyi barədə qeyri-müəyyənlik davam edir

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью