“Real Madrid” Usman Dembeleni transfer etməyi düşünür

14.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real Madrid” PSJ-nin hücumçusu Usman Dembeleni transfer etməyi düşünür.

İdman.Biz bu barədə TRT Sport-a istinadən məlumat verir.

“Real Madrid”in prezidenti Florentino Peres bu yay hücumçusu üçün böyük bir transfer etmək istəyir. Klub artıq heyətini gücləndirmək üçün bir neçə perspektivli namizədi araşdırıb və Dembele onun əsas seçimlərindən biridir. Hücumçunu transfer etmək üçün digər bir seçim isə yay transfer pəncərəsində klubdan ayrıla biləcək Brahim Diası satmaqdır.

Dembelenin Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Daha əvvəl mediada yayılan xəbərlərdə “Los Blancos”un “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi transfer etmək cəhdlərini yekunlaşdırdığı bildirilirdi.

Ötən mövsüm Dembele PSJ-də bütün turnirlərdə 37 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib. O, “Qızıl top” mükafatının sahibidir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью