Real Madrid və Barselona 16 yaşlı istedad üçün hərəkətə keçdi

19.09.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

İspaniya nəhəngləri "Real Madrid" və "Barselona" ABŞ-ın 16 yaşlı fenomen futbolçusu Kavan Sallivanı yaxından izləməyə başlayıb.

Fanat.Az xəbər verir ki, gənc hücumçu 18 yaşı tamam olduqda "Mançester Siti"yə qoşulmaq üçün öncədən razılıq əldə etsə də, İspaniya klubları pusquda gözləyir.

Əgər Sallivan "Mançester Siti"nin əsas heyətinə düşməkdə çətinlik çəkərsə, "Real" və "Barselona" dərhal rəsmi təklif göndərəcək.

İki nəhəng klub gənc ulduzun durumunu yaxından izləyərək transfer fürsətini qaçırmamaq niyyətindədir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью