Real Madrid və Mançester Siti : Son 7 mövsümdə 6 cı duel

29.08.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının ən böyük rəqabətlərindən biri halına gələn “Real Madrid” – “Mançester Siti” qarşıdurması son illərdə azarkeşlərin diqqət mərkəzindədir.

Fanat.Az xəbər verir ki, son 7 mövsümdə bu komandalar tam 6 dəfə üz-üzə gəliblər.

Bu qarşılaşmaların tarixi belədir:

2019/20 – 1/8 final

2021/22 – yarımfinal

2022/23 – yarımfinal

2023/24 – 1/4 final

2024/25 – Liqa mərhələsi

2025/26 – Liqa mərhələsi

Çempionlar Liqasının 2025/26 mövsümündə dünən keçirilən püşkatma nəticəsində bu iki nəhəng klub bir daha liqa mərhələsində üz-üzə gələcək. Azarkeşlər artıq indidən bu tarixi duelin həyəcanını yaşayır.

Son illərdəki qarşıdurmalara nəzər salsaq, bu cütlüyün oyunu demək olar ki, ÇL-in “kiçik finalı”na çevrilib.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью