Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 avqust, AZƏRTAC

"Real Madrid" rəsmi saytında braziliyalı hücumçu Vinisius Junior ilə müqaviləni uzatdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı futbolçunun yeni müqaviləsi 2032-ci ilin 30 iyununa qədərdir.

Vinisius 2018-ci ilin yayında 18 yaşında Braziliyanın "Flamenqo" klubundan "Real Madrid"ə keçib. Bu müddət ərzində o, komandanın heyətində bütün yarışlarda 375 oyun keçirib, 128 qol vurub və 100 məhsuldar ötürmə edib.

"Real Madrid" ilə 14 kubok qazanan Vinisius, həmçinin iki Çempionlar Liqası, üç La Liqa, iki Klublararası Dünya Kuboku və iki UEFA Super Kubokuna sahib olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью