“Real Madrid” Vinisiusla danışıqları dayandırdı

26.07.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

İdman.Biz “The Times”a istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar maliyyə şərtlərinə görə dalana dirənib. “Real Madrid” və braziliyalı futbolçu arasında razılaşmanın əldə olunmadığı bildirilir.

Vinisiusun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Madrid təmsilçisi yeni sözləşmə imzalanmayacağı təqdirdə futbolçunu azad agent kimi pulsuz itirməmək üçün onun satışını nəzərdən keçirə bilər.

26 yaşlı hücumçu ilə İngiltərənin “Arsenal” futbol komandası maraqlanır. ESPN-in məlumatına görə, London təmsilçisinin Vinisiusa marağı var, lakin mümkün transferlə bağlı proses ilkin mərhələdədir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью