“Real Madrid” Vinisiusun yayda gedişini asanlaşdıra bilər

03.07.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın “Real Madrid” futbol klubu hücumçusu Vinisius Juniorun bu yay komandadan ayrılmasına şərait yarada bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares məlumat yayıb. Onun sözlərinə görə, tərəflər yeni müqavilə ilə bağlı danışıqlarda ortaq məxrəcə gələ bilməsələr, Madrid klubu braziliyalı futbolçunun gedişini asanlaşdırmağa hazırdır.

Bildirilir ki, “Real Madrid” Vinisiusa maliyyə kompensasiyası ödəməyi nəzərdən keçirir. Bu variant yalnız futbolçu məhz bu yay komandadan ayrılmağa razılıq verəcəyi halda gündəmə gələ bilər.

Klub rəhbərliyi anlayır ki, Vinisius növbəti müqaviləsində imza bonusu almağı planlaşdırır. Buna görə də “Real Madrid” ona 2027-ci ildə əldə edə biləcəyi imza bonusuna bərabər məbləğ ödəməyə hazırdır.

Bu addımın əsas şərti futbolçunun cari transfer pəncərəsində böyük məbləğ qarşılığında komandadan ayrılmağa razı olmasıdır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью