Real Madrid xal itirdi VİDEO

01.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

İspaniya La Liqasının XIV turunda “Jirona” “Real Madrid”i qəbul edib.

"Unikal" xəbər verir ki, oyunda hesabı qonaqlar açıb. 40-cı dəqiqədə Mbappe fərqlənib. Lakin VAR yoxlanışından sonra onun əllə oynadığı məlum olub və qol ləğv edilib.

Bundan beş dəqiqə sonra Onuahi “Jirona”nı hesabda irəli çıxarıb – 1:0.

Oyunun 61-ci dəqiqəsində “Real” Vinisiusun qolu ilə hesabı bərabərləşdirsə də, ofsayd qeydə alınıb.

Madrid təmsilçisi bərabərliyi 67-ci dəqiqədə Mbappenin penaltidən vurduğu qolla təmin edib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью