Real Madrid yeni Holand ı izləməyə başladı SON DURUM

23.08.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real Madrid" Ukraynanın gənclər yığmasının hücumçusu Artyom Stepanovla yaxından maraqlanır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb. 

Mənbənin məlumatına görə, İspaniya nəhənginin nümayəndələri 18 yaşlı oyunçunu fəal şəkildə izləyir. 

Madridlilər çıxışı ilə "kral klubu"nun skautlarının diqqətini çəkən hücumçunu yeni Erlinq Holand kimi görürlər. 

Qeyd edək ki, Stepanovun hüquqları "Bayer Leverkuzen"ə məxsusdur və bu mövsüm forvard icarə əsasında "Nürnberq"də çıxış edir. 

"Transfermarkt" gənc futbolçunun transfer dəyərini 800 min avro qiymətləndirir. 

Xatırladaq ki, Artyom Stepanov cari mövsümdə “Nürnberq”in heyətində 2-ci Bundesliqada üç oyun keçirsə də, qol vurmayıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью