“Real Madrid” yeni mövsüm formasını təqdim etdi FOTOLAR

03.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid” 2026/2027 mövsümü üçün yeni ev formasını təqdim edib.

Apasport.az xəbər verir ki, “kral klubu”nun “Adidas” tərəfindən hazırlanan yeni forması ənənəvi ağ rəngdədir.

Yeni dizaynda tünd yaşıl və çəhrayı detallardan istifadə olunub. Adidas loqosu, sponsor yazıları, yaxalıq və qol ucları tünd yaşıl rəngdədir. Çəhrayı rəng isə “Adidas”ın çiyinlərdəki üç zolağında əks olunub.

Formanın dizaynı klub gerbindəki tacın almaz və mirvarilərindən ilhamlanıb. Geyimdə ağ fon üzərində incə naxış detalları da yer alıb.

Qeyd edək ki, yeni forma iyunun 3-dən satışa çıxarılıb.


Dumfris “Real” yolunda DÇ-2026: Sadio Mane Mundialda Sançesin təyinatı rəsmiləşdi Yoldaşlıq matçı: Belçika Xorvatiyanı məğlub edib Konfrans Liqasının qalibi komandanı tərk etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью