Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Real Madrid" klubu gələcəkdə komandanın əsas qapıçısı Tibo Kurtuanı əvəzləyə biləcək iddialı namizədləri araşdırmağa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, "kral klubu"nun transfer siyahısında ilk pillədə "Mançester Siti"nin 27 yaşlı italyan qolkiperi Canluici Donnarumma qərarlaşıb.
Madrid təmsilçisi ulduz qapıçını komandanın uzunmüddətli gələcəyi üçün ən ideal namizəd kimi dəyərləndirir. pizza sifarişi
Keçidin baş tutması prosessində maliyyə faktorları həlledici rol oynaya bilər. İtalyanlı qolkiperin "Mançester Siti"dəki gələcəyi birbaşa olaraq ingilis klubunun üzləşdiyi maliyyə istintaqının nəticələrindən və sanksiyalardan asılı olacaq. Əgər Mançester təmsilçisinə qarşı ağır sanksiyalar tətbiq edilərsə, "Real Madrid"in bu transferi sürətləndirəcəyi gözlənilir.