“Real Madrid”də gərginlik Futbolçuları Mbappedən narazıdır

05.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid”də komandanın ulduz futbolçusu Kilian Mbappeyə görə gərginlik yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. 

Mənbənin məlumatına görə, bəzi komanda yoldaşları fransalı hücumçunun müdafiədə zəif çıxış etməsindən narazıdır. Futbolçular klubdaxili toplantıda Mbappenin müdafiəyə köməyə gəlməsini tələb ediblər.

Xatırladaq ki, Kilian “kral klubu”na 2024-cü ilin yayında qoşulub. Onun müqaviləsi 2029-cu ilin ortalarına kimi nəzərdə tutulub. 

Bu mövsüm Mbappe İspaniya çempionatında 10 oyun keçirib və 6 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью