“Real Madrid”də zədəli futbolçuların sayı 7yə çatdı

28.11.2024

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın “Real Madrid” komandasının daha bir futbolçusu sıradan çıxıb.

Adalet.az xəbər verir ki, Çempionlar Liqasının V turunda İngiltərənin “Liverpul” klubu ilə səfər oyununda (0:2) zədələn Eduardo Kamavinqa ən azı iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Madrid təmsilçisinin daha əvvəl altı futbolçusu - Vinisius Junior, Orelyen Çuameni, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədələnib.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da İtaliyanın “Atalanta” komandasına qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью