Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 noyabr, AZƏRTAC İspaniyanın “Real Madrid” komandasının daha bir futbolçusu sıradan çıxıb.AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının V turunda İngiltərənin “Liverpul” klubu ilə səfər oyununda (0:2) zədələn Eduardo Kamavinqa ən azı iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq.Madrid təmsilçisinin daha əvvəl altı futbolçusu - Vinisius Junior, Orelyen Çuameni, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədələnib.Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasında növbəti oyununu dekbarın 10-da İtaliyanın “Atalanta” komandasına qarşı keçirəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.