“Real Madrid”dən Arda Gülerin transferi ilə bağlı AÇIQLAMA

28.01.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid”in baş məşqçisi Álvaro Arbeloa gənc futbolçu Arda Gülerin transfer olunacağı ilə bağlı yayılan iddiaları təkzib edib və gənc ulduzun klubun gələcək planlarında mühüm rol oynayacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
Arbeloa bildirib ki, klub Arda Gülerin istedadından faydalanmaq istəyir:
"Arda mükəmməl keyfiyyətlərə malikdir. Onun oyunu oxuma bacarığı və ötürmə qabiliyyəti yüksək səviyyədədir. Hücumda olduğu kimi müdafiədə də çox effektivdir."
Álvaro Arbeloa vurğulayıb ki, Arda Güler klubun gələcək planlarında önəmli yer tutur:
"Onun istedadından faydalanmaq istəyirik. Davamlı inkişaf etməlidir. Ən yüksək səviyyədə mübarizə tələb edən oyunlarda bizə mütləq kömək edəcək."
Qeyd edək ki, son dövrlərdə Arda Gülerin mövsüm sonunda Arsenal və ya Çelsiyə 90 milyon avro qarşılığında transfer olacağı iddiaları yayılmışdı. Lakin “Real Madrid”in rəsmi açıqlaması bu söz-söhbətləri təsdiqləməyib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью