“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

13.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 oktyabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Daniel Karvahal “Xetafe”yə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Karvahal “Real Madrid”dən bu ilin yayında ayrılıb. 34 yaşlı müdafiəçi Madrid klubuna 2002-ci ildə qoşulmuşdu. O, həmçinin Almaniyanın “Bayer Leverkuzen” komandasında da çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью