Real Madriddən əzəli rəqibinə jest Bizim üşün şərəfdir

30.11.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

Ötən gün, noyabrın 29-u "Barselona"nın 125 yaşı tamam olur. 

Fanat.Az xəbər verir ki, kataloniyalıları yubileyi münasibətilə ilk təbrik edənlərdən biri əzəli rəqibi "Real Madrid" olub.

Paytaxt klubunun mətbuat xidməti "Barselona"nı ad günü münasibətilə belə təbrik edib:

"125 illik yubileyin mübarək, "Barselona". Tariximiz boyu belə böyük bir rəqiblə rəqabət aparmaq "Real Madrid" üçün böyük şərəfdir".

Qeyd edək ki, "Barselona" hazırda 34 xalla La Liqanın lideridir. "Real Madrid" isə bir oyun az keçirərək 30 xal toplayıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью