“Real Madrid”dən gözlənilməz gediş: Mourinyo onu da gətirir

10.07.2026

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid” heyətini təcrübəli yarımmüdafiəçi ilə gücləndirmək variantını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun nümayəndəsi xorvatiyalı dayaq yarımmüdafiəçisi Marselo Brozoviçin menecerləri ilə əlaqə saxlayıb.

“Kral klubu” futbolçunun planları ilə maraqlanıb və transfer üçün ilkin məlumatları toplayıb.

“Əl-Nəsr”dən ayrıldıqdan sonra azad agent olan 33 yaşlı futbolçunun xidmətində Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo da maraqlıdır.

“Real Madrid”in Brozoviçə 1 illik müqavilə təklif edəcəyi gözlənilir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью