“Real Madrid”dən inamlı qələbə

02.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

La Liqa çərçivəsində "Real Madrid" növbəti səfər matçında "Rasinq"in qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, görüş əvvəldən sonadək qonaq komandanın üstünlüyü şəraitində keçib və Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə darmadağın edib.

Matçın taleyi demək olar ki, ilk hissədə həll olunub. Oyunun 11-ci dəqiqəsində səhnəyə çıxan Kilian Mbappe hesabı açaraq "Real"ı önə keçirib. Cəmi 10 dəqiqə sonra Arda Gülerin dəqiq ötürməsini Jud Bellinqem qolla tamamlayıb. İlk yarının başa çatmasına az qalmış, 36-cı dəqiqədə Yan Diomande komandasının üçüncü qolunu vuraraq matçın yekun hesabını rəsmiləşdirib (0:3). Sezar pizza

İkinci hissədə üstünlüyünü qoruyan "Kral klubu" rahat şəkildə 3 xalı aktivinə yazdırıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью