“Real Madrid”ə şok ittihamlar

14.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İspaniya futbolunda hakimlər korpusu ilə "Real Madrid" klubu arasında yaşanan gərginlik fəlakət həddinə çatıb.

“Yeni Sabah” xəbər verir ki, ispaniyalı referilər hesab edirlər ki, onların FİFA və ya UEFA tərəfindən Avropanın əsas və mötəbər oyunlarına nadir hallarda təyin olunmalarının baş başlıca səbəbkarı elə "Real Madrid"dir. Hakimlər Kral Klubunun dünya miqyasında böyük nüfuz və təsir sahib olduğunu gördüklərinə görə bu komandaya qarşı gizli kin bəsləyirlər. İddia olunur ki, həmin kin və qərəz "Real Madrid"in daxili çempionatdakı matçlarını idarə edərkən və ya futbolçularla ünsiyyət zamanı hakimlərin davranışlarında açıq-aşkar hiss olunur.

Mütəxəssislər və futbol ictimaiyyəti xəbərdarlıq edir ki, tərəflər arasında təcili olaraq barışıq əldə edilməlidir. Hakimlər korpusu ilə ölkənin ən titullu klubu arasında illərdir dərinləşən bu soyuq müharibə və qarşılıqlı düşmənçilik dayandırılmazsa, nəticədə bütövlüklə İspaniya futbolunun məhvinə gətirib çıxaracaq. Sezar pizza

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью