Real Madridin avtobusu qəza törətdi FOTOlar

28.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Real Madrid-in komanda avtobusu, Liverpool-a məğlubiyyətindən bir gün sonra avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, cümə axşamı günortadan sonra M40 magistralında bir avtomobil, yük maşını və avtobusun iştirak etdiyi toqquşma ilə bağlı polisə məlumat daxil olub.

Yoldan keçənlər tərəfindən çəkilən və sosial mediada tez yayılan şəkillər göstərib ki, qəza edən nəqliyyat vasitələrindən biri Madrid komandasına məxsus avtobus olub.

Xoşbəxtlikdən, heç kim ciddi xəsarət almayıb. Məşhur futbol komandasının oyunçuları hadisə zamanı avtobusda olmayıblar.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью