“Real Madrid”in cəmi 6 futbolçusu qaldı Yeni Sabah | Icma.az
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Real Madrid” buhəftəki məşqinə 6 oyunçusu ilə çıxmalı olub.
“Kral klubu”nun heyətində 8 futbolçu milli komandalara yollanıb, 7-si isə zədəlidir.
Yenisabah.az xəbər verir ki, komandanın heyətində sadəcə Lunin, Vallexo, Mendi, Keballos, Endrik və Mbappe təlim-məşq toplanışına qatıla bilib.
Karvahal, Kurtua, Militao, Alaba, Lukas Vaskes, Tukameni və Rodriqo isə zədəlidir. Karvahal və Militao zədə ilə bağlı ümumi mövsümü qapadıb.
Digər futbolçular isə milli oyunlarla bağlı öz ölkələrinin seçmə komandalarına dəvət alıb. “Real”dan heç kim İspaniya millisinə çağrılmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu