Real Madridin futbolçusu rəqib qapıçını itələdiyinə görə 2 oyunluq diskvalifikasiya olunub

08.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya Kral Futbol Federasiyasının İntizam komitəsi braziliyalı hücumçu Vinisiusu “Valensiya”nın qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxdığına görə iki oyunluq diskvalifikasiya edib və cərimələyib.

"Report"un xəbərinə görə, bu barədə Federasiyanın Mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının XII turunun matçında Vinisius "Valensiya"nın qapıçısı Dimitrievskini itələyərək yerə yıxıb və matçın 79-cu dəqiqəsində meydandan qovulub. İntizam Komitəsi diskvalifikasiyadan əlavə "Real Madrid"i 700 min, Vinisiusu 600 min avro cərimələyib.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью