“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib AZƏRTAC

12.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 dekabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının aparıcı futbolçusu Kilian Mbappe sıradan çıxıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Atalanta”ya qarşı keçirilmiş VI tur oyununda (3:2) sol ayağından zədə alan fransalı hücumçunun bud nahiyəsində problem aşkarlanıb.

Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı hələlik məlum deyil.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm “Real Madrid”in heyətində 15 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью