“Real Madrid”in hücumçusu Mbappe zədələnib

12.12.2024

Icma.az bildirir, Azpost portalına istinadən.

İspaniyanın “Real Madrid” komandasının aparıcı futbolçusu Kilian Mbappe sıradan çıxıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Atalanta”ya qarşı keçirilmiş VI tur oyununda (3:2) sol ayağından zədə alan fransalı hücumçunun bud nahiyəsində problem aşkarlanıb.

Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı hələlik məlum deyil.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm “Real Madrid”in heyətində 15 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью