“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb AZƏRTAC

06.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 dekabr, AZƏRTAC

İspaniyanın "Real Madrid" komandasının iki zədəli futbolçusu Vinisius Junior və David Alaba məşqlərə başlayıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hər iki oyunçu “kral klubu”nun son məşqində iştirak ediblər.

Hücumçu V.Junior son olaraq noyabrın 24-də "Leqanes"lə matçda komandasına kömək edib. D.Alaba isə 2023-cü ilin dekabrından bəri meydana çıxmayıb.

Qeyd edək ki, dekabrın 7-də "Real Madrid" La Liqanın 16-cı turu çərçivəsində səfərdə "Jirona" ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью